18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Ukrayna sərhədlərini bağlayıb - Virusa görə
Tarix: 16-03-2020 11:16 | Bölmə: Dünya / Xəbərlər
Ukrayna sərhədlərini bağlayıb - Virusa görə

Ukrayna hökuməti dövlət sərhədlərinin əcnəbilər üçün iki həftə müddətinə bağlanması barədə qərar qəbul edib.

Qərara əsasən, 16 mart 2020-ci il saat 00:00-dan aprelin 3-dək Ukrayna əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə girişinə müvəqqəti qadağa qoyur.

Eyni zamandan Ukrayna ərazisində daimi və ya müvəqqəti yaşamaq hüququ olan şəxslər, Ukrayna vətəndaşlarının həyat yoldaşları və ya uşaqları olanlar, yük nəqliyyat vasitələrinin sürücüləri və xidməti personalı, ekipaj üzvləri, rəsmi beynəlxalq nümayəndəliklərin, diplomatik nümayəndəliklərin, təşkilatların nümayəndələri və onların ailə üzvləri bu mənada istisna tətbiq edilən əcnəbilərin kateqoriyasına daxil edilib.

Bununla yanaşı, Ukrayna 17 mart 2020-ci il saat 00:00-dan aprelin 3-dək beynəlxalq müntəzəm sərnişindaşıma xidmətini bağlayacaq.

Martın 17-dək vətənə qayıtmağı bacarmayan ukraynalılar xaricdəki Ukrayna səfirlik və konsulluqları ilə əlaqə saxlamalıdır/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər