Şinzi Abe koreya liderindən danışıb
Tarix: 28-04-2020 12:12 | Bölmə: Dünya
Şinzi Abe koreya liderindən danışıb

Yaponiyanın baş naziri Şimali Koreya liderinin fiziki vəziyyətinə dair şayiələrdən xəbərdar olduğunu və hadisələri yaxından izlədiyini bildirib.

Reyting.az
“Reuters”-ə istinadla xəbər verir ki, baş nazir Şinzo Abe parlamentin iclasında çıxış edərək Kim Çen Inın harada olduğunu demədən sağ olduğuna ümid etdiyini söyləyib.

Xatırladaq ki, ötən Şənbə günü bəzi yapon KİV-ləri Şimali Koreya liderinin ilkin əməliyyatının uğursuz olduğunu iddia edib.

ABŞ mənbələri Şimali Koreya liderinə məxsus zirehli qatarın iqamətgahlarından birinin yaxınlığında olduğunu açıqlayıblar.

Cənubi Koreyanın birləşmə naziri Kim Yeon-Çul isə Seul hökuməti adından Şimali Koreyada qeyri-adi vəziyyət əlamətləri olmadığını təsdiqləyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}