13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Kim Çen In rus medalı ilə təltif olunub - Foto
Tarix: 05-05-2020 12:04 | Bölmə: Dünya / Xəbərlər
Kim Çen In rus medalı ilə təltif olunub

KXDR başçısı Kim Çen In "1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi" yubiley medalı ilə təltif edilib.

Reyting.az
“Znak”-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın KXDR-dəki səfirliyi məlumat yayıb.

Mükafat "KXDR-də həlak olmuş və dəfn olunan sovet vətəndaşlarının xatirəsinin əbədiləşdirilməsində böyük şəxsi töhfəsinə və Koreya Xalq Demokratik Respublikasında sovet əsgərlərinin dəfn yerlərinin və abidələrinin təhlükəsizliyinə qayğısına görə" verilib.

Mükafatlandırma mərasimi mayın 5-də Mansude Konqres Sarayında keçirilib. KXDR-in xarici işlər naziri Li Son Qvon Rusiya Federasiyasının səfirindən medalı təhvil alıb.

Qısa söhbət zamanı tərəflər 2019-cu ilin aprelində Vladivostokda əldə olunmuş razılaşmaların icrasını davam etdirmək niyyətlərini ifadə ediblər.

Kim Çen In rus medalı ilə təltif olunub




Bölməyə aid digər xəbərlər
14-09-2024, 18:01 Hərbçimiz güllələnib