Prokurorluq generaldan ifadə alacaq
Tarix: 10-06-2020 18:34 | Bölmə: Dünya / Xəbərlər
Prokurorluq generaldan ifadə alacaq

Ankara Prokurorluğu Ədalət və İnkişaf Partiyasının 6 üzvünün iddia qaldırması səbəbindən Türk Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisi İlkər Başbuğ ilə əlaqədar yeni bir addım atıb.

Reyting.az
xəbər verir ki, Baş Prokurorluq Başbuğdan ifadə almaq üçün İstanbul Anadolu Prokurorluğuna yazılı təlimat göndərib.

Qeyd edək ki, İlkər Başbuğ FETÖ-nün siyasi ayağı üçün “26 aprel 2009-cu ildəki qanun təklifini ortaya çıxaran siyasətçilər araşdırılsın”,- bəyanatını vermişdi.

Prezident Ərdoğan isə “Bu boru göstərməyə bənzəməz. Parlament hüquqi boru ilə həzm etdirilə bilməz”, -deyərək, hakim partiyanın deputatlarını generala qarşı iddia qaldırmağa çağırmışdı.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər