Kəşfiyyat: “Qiyamçı komandan qaçmağa hazırlaşır”
Tarix: 13-06-2020 14:04 | Bölmə: Dünya / Xəbərlər
Kəşfiyyat: “Qiyamçı komandan qaçmağa hazırlaşır”

Türkiyənin müdaxiləsi ilə şərtlərin dəyişdiyi Liviyada qiyamçı silahlı qüvvələrin rəhbəri feldmarşal Xəlifə Haftar qaçmaq üçün yer axtarır. Liviya milli etimad hökumətinin Tripolinin ətrafını, Tərhunu, bin-Vəlid və Mistira kimi strateji yerlərə nəzarəti bərpa etdikdən sonra küncə sıxışdırılan və atəşkəs çağırışlarına qarşılıq görməyən Haftarın son çarə kimi ölkədən qaça biləcəyi iddia edilir.

Reyting.az
xatırladır ki, bir müddət əvvəl Misirə qaçması ilə gündəmə gələn Xəlifə Haftar Qahirədən təcili Binqazi şəhərinə qayıdaraq Almaniyanın Liviyadakı səfiri Oliver İvcza ilə müzakirələr aparıb.

Səfirlə görüşünü sosial şəbəkə vasitəsi ilə yayan feldmarşal Haftar bununla Liviyadan qaçmadığını, Liviyada olduğu mesajını verib.

Ancaq Haftarın sonunun yaxınlaşdığına, Liviyadan qaçmaq üçün hazırlıqlara başladığına və bölgə ölkələri də daxil olmaqla bir neçə ölkəyə qaça biləcəyi ehtimal edilir. Təbii ki, bu, daha çox kəşfiyyat məlumatıdır.

Mütəxəssislərin fikrincə, Haftarın qaça biləcəyi ölkələrin başında Liviyanın qonşusu və özünün əvvəllər hərbi təhsil aldığı Misirdir. Özü kimi qiyam yolu ilə hakimiyyətə gələn Misirin dövlət başçısı Sisi ilə yaxın əlaqələri olan Haftarın ilk seçimi Misir ola bilər.

Haftarın Misirlə yanaşı Birləşmiş Ərəb Əmirliyi və ya Səudiyyə Ərəbistanına qaça biləcəyi də təxmin edilir.

Digər bir ehtimal Haftarın yenidən ABŞ-a sığınacağıdır. 1969-cu ildə Qəddafi tərəfindən xain elan olunan Haftar ABŞ-a qaçmışdı. 1993-cü ildə ABŞ kəşfiyyatının Liviyada uğursuz dövlət çevrilişindən sonra Haftar haqqında ölkəsində edam qərarı çıxarıldı. 2011-ci ildə yenidən ortaya çıxan Haftar Qəddafiyə qarşı başlanan döyüşlərə daxil oldu, amma uğursuz sui-qəsd cəhdindən sonra yenidən ABŞ-a qaçdı. Öz ölkəsi Liviyada “MKİ agenti” kimi təqdim edilən Haftar 2014-ci ildə yenidən Liviyada səhnəyə çıxdı.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər