Sepah komandanı: “PKK-nın İranda bazası yoxdur”
Tarix: 13-06-2020 18:22 | Bölmə: Dünya / Xəbərlər
Sepah komandanı: “PKK-nın İranda bazası yoxdur”

“PKK-nın İranda mövcudluğu yalandır”.

Reyting.az
“Təsnim”-ə istinadla xəbər verir ki, bunu İnqilab Keşikçiləri Korpusu quru qüvvələri komandanı, briqada generalı Məhəmməd Pakpur bildirib. O, ölkənin şimal-qərb əməliyyat bazalarına səfəri çərçivəsində bir Türkiyə səlahiyyətlisinin İran İslam Respublikası ərazisində PKK ünsürlərinin olması barədə iddiasına cavab verib. “Bu iddianı məsuliyyətsiz və əsassız hesab edir və qətiyyətlə rədd edirik”.

Pakpur əlavə edib: "İran və Türkiyənin ümumi sərhədlərində iki ölkənin silahlı qüvvələri arasında çox yaxşı və faydalı qarşılıqlı əlaqə var”.

İran İslam Respublikası ərazisində terror ünsürlərinin olmasının “qırmızı xətlər”dən biri olduğunu vurğulayaraq general deyib: "Eyni zamanda, Türkiyə ərazisindəki qrupların son əməliyyatları və Türkiyənin buna təpkisi bizim üçün başa düşüləndir. Ola bilsin ki, məhz bu təpki onları belə bir iddia irəli sürməyə məcbur edib”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər