16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
Ermənistanda daha 560 nəfər koronavirusa yoluxub
Tarix: 21-06-2020 12:37 | Bölmə: Dünya / Xəbərlər
Ermənistanda daha 560 nəfər koronavirusa yoluxub

Ermənistanda son bir gündə koronavirusa 560 yoluxma halı aşkarlanıb.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi bildirib.

Qeyd edilir ki, bununla da COVID-19-a yoluxanların ümumi sayı 20 260 nəfəri ötüb. Son sutkada təhlükəli infeksiyadan daha 18 nəfər ölüb.

"Ermənistanda koronavirusa 20 268 yoluxma təsdiq edilib. Virusa yoluxmuş 9 002 pasiyent sağalıb. 350 insan ölüb", - mərkəzdə bildirilib.

Bildirilib ki, hazırda 10 802 pasiyentin müalicəsi davam etdirilir, koronavirusla bağlı 95 754 test aparılıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}