13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
MKİ: İran Amerikanın səfirini öldürmək istəyir
Tarix: 15-09-2020 11:54 | Bölmə: Dünya / Xəbərlər
MKİ: İran Amerikanın səfirini öldürmək istəyir

İran ABŞ-ın Cənubi Afrikadakı səfiri Lana Marksa sui-qəsd edəcək.

Reyting.az
-ın xəbərinə görə, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) hesabatında qeyd olunur ki, İran general Süleymaninin öldürülməsinə qarşı ABŞ-ın Cənubu Afrikadakı səfiri Lana Marksa sui-qəsd etməyi planlaşdırır.

MKİ-nin Qasım Süleymani ilə bağlı yayımladığı rapora görə, İran dövləti öldürülən generalın intiqamını almaq üçün amerikalı səfiri öldürmək niyyətindədir. İddia olunan sui-qəsd planının ABŞ kəşfiyyatı və dövlət rəsmiləri tərəfindən qiymətləndirildiyi və 66 yaşlı səfir Marksa yönəlik təhdidlərin qarşısının alındığı qeyd edilir.

ABŞ kəşfiyyatına yaxın media qurumları isə ölkədə keçiriləcək 3 noyabr prezident seçkiləri öncəsi Prezident Donald Trampın güc nümayiş etdirmək üçün yeni hücuma cəhd edə biləcəyini iddia edirlər.

Qeyd edək ki, İranın Yaxın Şərqdəki fəaliyyətinin başında duran Qasım Süleymani ABŞ tərəfindən öldürülməsi gündəmə bomba kimi düşmüşdü. 2020-ci ilin yanvarın 3-də Prezident Trampın təlimatı ilə sui-qəsdə məruz qalan Q. Süleymani İran İnqilab Keşikçiləri Korpusunun Qüds briqadasına komandanlıq edirdi.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər