Rəsmi Berlin: "Lukaşenko Almaniyadan təbrik gözləməsin"
Tarix: 23-09-2020 16:39 | Bölmə: Dünya
Rəsmi Berlin: "Lukaşenko Almaniyadan təbrik gözləməsin"

“Andiçmə mərasimi gizli hazırlanıb və ictimaiyyətin iştirak olmadan keçirilib. Bu, artıq vəziyyətin necə olmasının göstəricisidir”.

“RİA Novosti” xəbər verir ki, bunu Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert söyləyib.

O, Almaniyanın Belarusda keçirilən prezident seçkisinin nəticələrini tanımayacağını növbəti dəfə vurğulayıb: “Qayıdaq avqustun 9-dakı seçkilər məsələsinə. O vaxt dediyimiz kimi, onlar nə demokratik seçkilərin tələblərinə uyğun idi, nə də ədalətli, azad idi. Bu səbəbdən, kanslerin dediyi kimi, biz bu seçkilərin nəticələrini tanıya bilmərik. Buna əsasən Lukaşenko bugünkü mərasimdən sonra demokratik legitimliyə iddia etməməlidir”.

Ş.Zaybertin sözlərinə görə, A.Lukaşenko Almaniya kanslerindən andiçmə münasibətilə təbrik gözləməməlidir: “Bayaq dediklərimi nəzərə alaraq mən buna ümid etməzdim”/Report.

Xatırladaq ki, bu gün Belarusun paytaxtı Minskdə Müstəqillik Sarayında A.Lukaşenkonun andiçmə mərasimi keçirilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}