ABŞ-da qasırğa nəticəsində ölənlərin sayı artır
Tarix: 03-09-2021 07:46 | Bölmə: Dünya / Xəbərlər
ABŞ-da qasırğa nəticəsində ölənlərin sayı artır

ABŞ-da baş verən "İda" qasırğası azı 45 nəfərin ölümünə səbəb olub.

CNN-nin yerli hakimiyyət orqanlarına istinadla verdiyi məlumata görə, təbii fəlakətdən ən çox Nyu-York və Nyu-Cersi ştatları zərər çəkib. Bu ştatlarda qasırğa səbəbindən onlarla insan həyatını itirib. Həmçinin Pensilvaniyada da bir neçə nəfər qasırğanın qurbanı olub.

Xatırladaq ki, qasırğa ilə əlaqədar çərşənbə günü ABŞ-ın 3 ştatında fövqəladə vəziyyət elan edilib. Qasırğa leysan yağışlara, daşqınlara səbəb olub.

Bundan əvvəl qasırğanın yaratdığı daşqınlar nəticəsində ölənlərin sayının 29 nəfər olduğu bildirilirdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər