Qazaxlar konstitusiyanı dəyişir - Referendum başa çatıb
Tarix: 05-06-2022 20:02 | Bölmə: Dünya
Qazaxlar konstitusiyanı dəyişir

Bu gün Qazaxıstanda ölkənin ana qanununa dəyişiklikləri nəzərdə tutan referendum keçirilir.

Reyting.az
yerli xəbər portallarına istinadla bildirir ki, ilk üç saat ərzində elektroratın 29 faizi ümumxalq səsverməsində iştirak edib.

Qazaxıstan MSK-ya yerli dairələrdən daxil olmuş məlumatlara əsasən, respublikanın 9 992 seçki məntəqəsində elektoratın 28,59 faizi artıq bülletenlərini qutulara salıb. MSK üzvü Sabila Mustafina jurnalistlərə bildirib ki, hələlik vətəndaşların ən yüksək fəallığı Çimkentdə qeydə alınıb – 34,19 faiz.

Almatı vilayətində ilk səs verənlərdən biri Jarkent qəsəbə sakini, 100 yaşlı qəhrəman ana Zeynelxan Ospanova olub.

***

Bu gün Qazaxıstanda konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçirilib.

Reyting.az
Rusiya mətbuatına istinadla xəbər veirir ki, referendumda ölkə əhalisinin 69 faizə yaxını iştirak edib.

Xatırladaq ki, referenduma dövlət başçısının səlahiyyətləri azaldılması, parlamentin və yerli nümayəndəlik orqanlarının səlahiyyətinin artırılması, Konstitusiya Məhkəməsinin təkrar formalaşdırılması, ölüm cəzası və sabiq prezident Nursultan Nazarbayevə verilmiş statusların ləğvi kimi məsələlər çıxarılıb.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}