Ukraynanın hərbi təyyarəsi vurulub
Tarix: 05-06-2022 14:31 | Bölmə: Dünya
Ukraynanın hərbi təyyarəsi vurulub

Odessada Ukrayna Hərbi Hava Qüvvələrinin “AN-26” hərbi nəqliyyat təyyarəsi vurulub.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, ötən sutka ərzində Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Odessada Ukraynaya məxsus silah-sursat və hərbi texnika daşıyan “AN-26” hərbi nəqliyyat təyyarəsini məhv edib.

İ. Konaşenkov deyib ki, yüksək dəqiqlikli uzaqmənzilli raketlərlə Kiyev ətrafında Şərqi Avropa ölkələrinin tədarük etdiyi “T-72” tankları və vaqon təmiri müəssisəsinin binalarında yerləşən digər zirehli texnikalar da vurulub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}