Nigeriyada kilsəyə hücum olub - 85 nəfər öldürülüb, yaralılar var
Tarix: 05-06-2022 22:42 | Bölmə: Dünya
Nigeriyada kilsəyə hücum olub - 85 nəfər öldürülüb, yaralılar var

Nigeriyanın cənub-qərbində yerləşən Müqəddəs Fransisk katolik kilsəsində silahlıların hücumu nəticəsində 50-dən çox adam həlak olub.

Bu barədə yerli “Nigerian Tribune” qəzeti həkimlərə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, yaralılar da var, onlar Ovo şəhərinin tibb mərkəzinə aparılıb. Bundan əvvəl Nigeriya mediası 25-ə yaxın öldüyünü bildirib. Öz növbəsində “Politics Nigeria” xəbər portalı Yoruba xalqının ictimai lideri Banji Akintoyeyə istinadən 85 nəfərin öldüyünü bildirib.

Ölənlərin sayı ilə bağlı hələ rəsmi təsdiq yoxdur.

Qeyd edək ki, səhər ayin zamanı beş yaraqlı kilsəyə soxulub. Onlar ətrafdakılara atəş açıblar və keşişi ələ keçirməyə çalışıblar. Keşiş müqavimət göstərdikdən sonra hücum edənlər kilsə üzvlərinə bomba atıblar.

Hücuma məruz qalan kilsə Ondo əyalətinin Ovo rayonunda yerləşir. Regional xəbər portalı “Sahara Reporters” xəbər verib ki, hücumu terrorçular həyata keçirib.

Nigeriyada xristianlar ölkə əhalisinin 47 %-ni təşkil edir. Onlar əsasən ölkənin cənubunda yaşayırlar. Ölkədə müsəlmanlar əhalinin 51 %-i təşkil edir və şimal və mərkəzi bölgələrində yaşayırlar/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}