MN: "Rusiyanın indiyədək 31250 hərbçisi öldürülüb"
Tarix: 06-06-2022 10:00 | Bölmə: Dünya
MN: "Rusiyanın indiyədək 31250 hərbçisi öldürülüb"

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Reyting.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın indiyədək 31250 hərbçisi öldürülüb: "Rusiyanın bu günədək 1386 ədəd tankı, 3340 ədəd zirehli döyüş maşını, 690 ədəd artilleriya sistemi, 207 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 96 hava hücumundan müdafiə sistemi, 211 ədəd hərbi təyyarəsi, 176 ədəd helikopteri, 2 395 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi-kateri, 551 ədəd dronu, 125 qanadlı raket və 53 ədəd xüsusi texnikası məhv edilib".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}