MN: "Rusiyanın 31500 hərbçisi zərərsizləşdirilib"
Tarix: 08-06-2022 11:40 | Bölmə: Dünya
MN: "Rusiyanın 31500 hərbçisi zərərsizləşdirilib"

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı məlum olub.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 31 500 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 1 393 ədəd tankı, 3 492 ədəd zirehli döyüş maşını, 703 ədəd artilleriya sistemi, 207 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 96 hava hücumundan müdafiə sistemi, 212 ədəd hərbi təyyarəsi, 178 ədəd helikopteri, 2 406 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi-kateri, 559 ədəd dronu, 125 qanadlı raket və 53 ədəd xüsusi texnikası məhv edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}