13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Avropa Parlamenti Gürcüstanda KİV azadlığının pozulması ilə bağlı qətnamə qəbul edib
Tarix: 09-06-2022 16:01 | Bölmə: Dünya
Avropa Parlamenti Gürcüstanda KİV azadlığının pozulması ilə bağlı qətnamə qəbul edib

Avropa Parlamenti Gürcüstanda KİV azadlığı və jurnalistlərin təhlükəsizliyinin pozulması ilə bağlı qətnamə qəbul edib.

Reyting.az
“Report”a istinadla xəbər verir ki, parlamentdə təmsil olunan beş siyasi qrupun təşəbbüskarı olduğu sənədi 308 deputat dəstəkləyib, 218-i isə əleyhinə səs verib.

Qətnamədə Gürcüstanda medianın vəziyyətinin pisləşməsi, jurnalistlərə qarşı hədə-qorxulardan, zorakılıq və təqib hallarından narahatlıq ifadə olunub.

Müəlliflər Gürcüstan hakimiyyətini Avropa İttifaqına üzvlük üçün tələb olunan qanunun aliliyi, müstəqil məhkəmə sistemi və KİV azadlığı da daxil olmaqla bütün meyarlara əməl etməyə çağırıb.

Gürcüstanın hakim Gürcü Arzusu Partiyası qətnamənin qəbuluna görə Avropa Parlamentini sərt tənqid edib. Partiya sədri İrakli Kobaxidze bildirib ki, Gürcüstan, Ukrayna və Moldovanın Avropa İttifaqı üzvü olandan sonra fərqli Avropa Parlamentinin olacağına ümid edir. O, qətnamənin Gürcüstan hakimiyyəti üçün heç bir dəyər kəsb etmədiyini vurğulayıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər