Ermənistanda atışma: 7 nəfər yaralanıb, ölənlər var
Tarix: 20-06-2022 06:25 | Bölmə: Dünya
Ermənistanda atışma: 7 nəfər yaralanıb, ölənlər var

Ermənistanın Araqatsotn bölgəsində silahlı insident baş verib.

Reyting.az
Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, Niqavan kənd inzibati ərazisində qeydə alınan silahlı insident zamanı 7 nəfər yaralanıb. Onlardan ikisi xəstəxanada ölüb.

Yaralılardan daha iki nəfərin vəziyyəti ağırdır.

Polis insidentin məişət zəminində baş verdiyini bildirsə də, atışmanın Rusiyadaxili məsələdən qaynaqlandığı iddia olunur. Bununla belə, polis təfərrüatı açıqlamaqdan imtina edərək, hadisə barədə daha sonra məlumat veriləcəyini bildirib.

Ölənlərdən biri Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşıdır.

Atışma zamanı həlak olan daha bir nəfər - Amayak Mikaelyan isə hərbi qulluqçu olub.






Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}