Rusiyanın "Su-25" təyyarəsi vurulub, pilot əsir götürülüb
Tarix: 20-06-2022 09:18 | Bölmə: Dünya
Rusiyanın "Su-25" təyyarəsi vurulub, pilot əsir götürülüb

Ukrayna ordusu Donetsk vilayətinin Svetlodarsk rayonu yaxınlığında Rusiyanın "Su-25" hücum təyyarəsini vurub. Reyting.az-ın xəbərinə görə, bu barədə ukraynalı jurnalist Yuri Butusov məlumat verib.

Y. Butusov bildirib ki, Rusiya hücum təyyarəsini Qara kazaklar adına 72-ci xüsusi mexanikləşdirilmiş briqadanın əsgərləri vurub. O, iyunun 18-də “İqla” portativ zenit-raket kompleksindən atışla yerə endirilib.

Ukraynalı müdafiəçilər rusiyalı pilot Andrey Fedorçukovu ələ keçirə biliblər. Dindirmə zamanı o, "Vaqner" şəxsi hərbi şirkətinin muzdlusu olduğunu etiraf edib.(Publika.az)





Bölməyə aid digər xəbərlər