Rusiyanın Ukraynada canlı qüvvə itkisi 33 800-ə çatıb
Tarix: 20-06-2022 10:38 | Bölmə: Dünya
Rusiyanın Ukraynada canlı qüvvə itkisi 33 800-ə çatıb

Ukrayna Müdafiə Nazirliyi Rusiya ordusunun itkilərini açıqlayıb. Reyting.az-ın məlumatına görə, nazirlik bildirib ki, Rusiya son sutkada Ukraynada daha 200 hərbçisini itirib.

Qeyd edək ki, bununla fevralın 24-dən bu gün səhər saatlarınadək Ukraynada həlak olan rusiyalı hərbçilərin sayı 33 800-ə çatıb.

Nazirlik bəyan edib ki, ötən dövr ərzində Rusiya ordusunun 1477 tankı, 3588 zirehli döyüş maşını, 749 artilleriya sistemi, 238 reaktiv yaylım atəşi sistemi, 98 havadan müdafiə sistemi, 216 hərbi təyyarəsi, 181 helikopteri, 2527 avtomobil texnikası və yanacaq çəni, 14 gəmi/kateri, 601 dronu, 55 xüsusi avadanlığı, 130 qanadlı raketi məhv edilib.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}