13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Yermak: "Belarus ordusunun Ukraynaya hücum ehtimalı azdır"
Tarix: 20-06-2022 12:41 | Bölmə: Dünya
Yermak: "Belarus ordusunun Ukraynaya hücum ehtimalı azdır"

"Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədə Belarusun genişmiqyaslı iştirakı ehtimalı Belarus xalqının əhval-ruhiyyəsi səbəbi ilə yüksək deyil".

Bunu Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak yerli mətbuata açıqlamasında bildirib:

“Belarus bu təcavüzdə iştirak etdi – ilk raketlər onun ərazisindən atıldı. Rusiya qoşunları oradan hücuma keçdilər. Lakin, biz inanırıq ki, Belarus xalqı bu fikri dəstəkləmirlər. Əlbəttə, onlar Rusiya qoşunları üçün ərazilərini təmin etdilər. Amma Belarus ordusunun müharibədə geniş miqyaslı iştirakı ehtimalı Belarus xalqının əhval-ruhiyyəsinə görə yüksək deyil”.(APA)

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyi Belarusun 7 batalyonunun Ukrayna ilə sərhəddəki Brest və Qomel regionlarına cəmləməsi barəsində məlumat yayıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər