13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Finlandiyalı general: “Rusiya hücum edərsə, döyüşməyə hazırıq"
Tarix: 22-06-2022 19:48 | Bölmə: Dünya
Finlandiyalı general: “Rusiya hücum edərsə, döyüşməyə hazırıq"

“Finlandiya Rusiyanın mümkün hücumuna qarşı on illərdir hazılaşıb”.

“RBK-Ukraina” xəbər verir ki, bunu Finlandiya müdafiə qüvvələrinin komandanı, general Timo Kivinen bildirib.

“Rusiya hücum edərsə, biz döyüşməyə hazırıq. Finlandiya Rusiyanın mümkün hücumuna qarşı on illərdir hazılaşıb. Biz planlı şəkildə hərbi müdafiəmizi xüsusi olaraq orada (Ukraynada - red.) aparılan döyüş əməliyyatlarına uyğun şəkildə qurmuşuq. Biz müdafiə qabiliyyətimizi zirehli texnikadan, aviasiyadan kütləvi şəkildə istifadə etməklə inkişaf etdirmişik”, - o vurğulayıb.

T.Kiviven qeyd edib ki, ölkəsi əhəmiyyətli dərəcədə ehtiyata malikdir: “Ancaq bu məsələdə finlərin motivasiyası həlledicidir. Hətta NATO-ya daxil olandan sonra da Finlandiyanın özünün müdafiəsi üçün əsas məsuliyyəti finlər daşıyacaq”/Report.

Xatırladaq ki, NATO-ya üzv olmaq istəyi fonunda Rusiya bir neçə dəfə Finlandiya ilə sərt bəyanatlar verib. Rusiya bu ölkəni, ilk növbədə, nüvə silahı ilə hədələyib. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev isə Finlandiya ilə sərhədin mühafizəsini gücləndirməyin vacibliyini bildirib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər