13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
İran prezidenti: "Xəzərdə başqa ölkələrin təlimlərdə iştirakı qadağandır"
Tarix: 23-06-2022 09:15 | Bölmə: Dünya
İran prezidenti: "Xəzərdə başqa ölkələrin təlimlərdə iştirakı qadağandır"

Xəzər dənizində (Xəzəryanı dövlətlər - Azərbaycan, İran, Qazaxıstan, Russiya və Turkmənistan) başqa ölkələrin hərbçilərinin təlimlərdə iştirakı qadağandır.

Bunu İran prezidenti İbrahim Rəisi Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.

İran prezidenti qeyd edib ki, ABŞ-ın müstəqil ölkələrə tətbiq etdiyi iqtisadi təzyiqlər və sanksiyalarla mübarizənin ən təsiredici yolu İran və Rusiya arasında əməkdaşlıq və koordinasiyanın gücləndirilməsidir.

Onun sözlərinə görə, Rusiya və Ukrayna arasında müharibənin başlamasında əsas amil ABŞ və NATO-nun vəziyyəti qızışdırmasıdır.

İ. Rəisi bildirib ki, İran Xəzər dənizində başqa ölkələrin hərbi təlimlərdə iştirakının xüsusi ilə İran sahillərində olmasının qadağan edilməsini təkidlə vurğulayıb.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər