Ukraynaya zirehli transportyorlar göndəriblər
Tarix: 23-06-2022 15:50 | Bölmə: Dünya
Ukraynaya zirehli transportyorlar göndəriblər

Avstraliyanın Ukraynaya bağışladığı 14 ədəd M113AS4 zirehli transportyorun ilk partiyası yola salınıb.

CNN xəbər verir ki, bu barədə Avstraliyanın Kiyevdəki səfiri bildirib.

Səfir qeyd edib ki, ilk partiya ötən həftə ölkəsindən yola salınıb.

Məlumata görə, Avstraliyanın Ukraynaya hərbi yardımının ümumi dəyəri 196 milyon ABŞ dollarıdır.

Yardım paketinə zirehli nəqliyyat vasitələri ilə yanaşı “M777” haubitsaları, zirehdəlici silahlar, sursat, PUA-lar və müxtəlif növ piyada ləvazimatları daxildir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}