Əfv Komissiyası 100-dən artıq müraciətə baxıb - (Yenilənib)
Tarix: 15-05-2024 17:58 | Bölmə: Gündəm
Əfv Komissiyası 100-dən artıq müraciətə baxıb - (Yenilənib)

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

Reyting.az
xəbər verir ki, Komissiyanın iclasında digər müraciətlərə baxılacaq.

Xatırladaq ki, Komissiyanın bu il keçirilən iclaslarında baxılan müraciətlərin sayı 300-ü ötüb.

***

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Reyting.az
-ın xəbərinə görə, Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev APA-ya deyib ki, iclasda 100-dən artıq müraciətə baxılıb.

Bununla da Komissiyanın iclaslarında baxılan müraciətlərin sayı 400-ü keçib.

Növbəti iclasın mayın 22-də keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, komissiyanın iclasları 28 May – Müstəqillik Günü ilə əlaqədar nəzərdə tutulan əfvlə bağlı keçirilir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}