İlham Əliyev Litva prezidentinə məktub göndərib
Tarix: 29-05-2024 15:11 | Bölmə: Gündəm
İlham Əliyev Litva prezidentinə məktub göndərib

Prezident İlham Əliyev Litva prezidenti Gitanas Nausedaya təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Litva Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan-Litva əlaqələri xoş ənənələrə malikdir. Hazırda bir sıra sahələrdə əməkdaşlığımızın yeni məzmunla zənginləşməsi üçün imkanlar vardır. İnanıram ki, mövcud potensialdan istifadə edərək xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin inkişafı, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın bundan sonra da davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə ən xoş arzularımı yetirir, Litvanın rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}