Olimpiadada yer tutan idmançılar və onların məşqçilərinə pul mükafatı veriləcək - Sərəncam
Tarix: 04-07-2019 17:39 | Bölmə: Gündəm
Olimpiadada yer tutan idmançılar və onların məşqçilərinə pul mükafatı veriləcək - Sərəncam

Prezident İlham Əliyev Minsk şəhərində keçirilən II Avropa Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında sərəncam verib.

Reyting.az
xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının idmançılarını və onların məşqçilərini Minsk şəhərində keçirilən II Avropa Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədi ilə aşağıdakı qərar verilib.:

1. Minsk şəhərində keçirilən II Avropa Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:

1.1. birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat;

1.2. ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat;

1.3. üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun şəxsi məşqçisinə 10 min manat;

1.4. milli yığma komandaların baş məşqçilərinə ən yüksək nəticə göstərmiş bir idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə);

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}