Bakıda təhsil müəssisələrinin tikintisinə 20 milyon manat ayrıldı - Sərəncam
Tarix: 05-05-2020 13:40 | Bölmə: Gündəm
Bakıda təhsil müəssisələrinin tikintisinə 20 milyon manat ayrıldı

Prezident İlham Əliyev "Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.

Reyting.az
xəbər verir ki, sərəncamla Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.17.1-ci yarımbəndində göstərilmiş 20 milyon manat Bakı Şəhər İcra Hakimiyyətinə ayrılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər