Nazirlər Kabineti Konstitusiya Məhkəməsinə müraciət edib
Tarix: 06-05-2020 15:41 | Bölmə: Gündəm
Nazirlər Kabineti Konstitusiya Məhkəməsinə müraciət edib

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Reyting.az
xəbər verir ki, iclasda “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusuna baxılaraq Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun may ayının 29-na təyin edilmiş iclasında baxılacaq.

Qeyd edək ki, “Diplomatik xidmət haqqında” Qanunun 23-cü maddəsi siplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin əməyinin ödənilməsi barədədir.

Həmin qanunun 23.4-cü maddəsində qeyd edilir:

Rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əmək haqqından sosial sığorta ödənişləri həyata keçirilmir, vergi tutulması müvafiq qanunvericiliklə tənzimlənir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər