Rusiyadan gətirilən daha 175 azərbaycanlı karantinə yerləşdirildi - Foto
Tarix: 27-05-2020 19:36 | Bölmə: Gündəm
Rusiyadan gətirilən daha 175 azərbaycanlı karantinə yerləşdirildi

Bu gün Milli aviadaşıyıcının çarter reysi ilə 175 nəfər Azərbaycan vətəndaşı Moskvadan Bakıya çatdırılıb.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, ölkəyə gələn bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib.

Qeyd edək ki, çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.

Rusiyadan gətirilən daha 175 azərbaycanlı karantinə yerləşdirildi





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}