Azərbaycanda daha 349 nəfər koronavirusa yoluxub, 12 nəfər vəfat edib
Tarix: 15-01-2021 17:16 | Bölmə: Gündəm
Azərbaycanda daha 349 nəfər koronavirusa yoluxub, 12 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 349 yeni yoluxma faktı qeydə alınıb, 494 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 226 549 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 213 773 nəfər müalicə olunaraq sağalıb, 2 983 nəfər vəfat edib, aktiv xəstə sayı 9 793 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 231, bu günə qədər isə ümumilikdə 2 302 843 test icra olunub".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}