Çempionlar Liqası: "Linkoln" - "Qarabağ" görüşünün hakimləri açıqlanıb
Tarix: 18-07-2024 15:56 | Bölmə: İdman
Çempionlar Liqası: "Linkoln" - "Qarabağ" görüşünün hakimləri açıqlanıb

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində səfərdə “Linkoln”a (Cəbəllütariq) qarşı keçirəcəyi oyunun hakim təyinatı açıqlanıb.

Reyting.az xəbər verir ki, qarşılaşmanı macarıstanlı FIFA referisi İştvan Vad idarə edəcək.

Vencel Tot və İştvan Albert köməkçi hakim funksiyasını yerinə yetirəcəklər. Bence Şonka isə dördüncü hakim kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, "Linkoln" - "Qarabağ" oyunu iyulun 23-d' Cəbəllütariqdəki “Europa Point Stadium”da baş tutacaq. Qaşrılaşmanın start fiti sat 20:00-da səslənəcək(Report).




Bölməyə aid digər xəbərlər