Şahmat üzrə Azərbaycan çempionatının üçüncü turu başa çatıb - Qaliblər
Tarix: 19-01-2019 00:26 | Bölmə: İdman
Şahmat üzrə Azərbaycan çempionatının üçüncü turu başa çatıb

Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının üçüncü turu yekunlaşıb. Üç turun nəticəsinə görə Fərid Zeynalov, Ülvi Bacarani və İsmayıl Şahəliyev 2,5 xalla turnir cədvəlində ilk üç yerə sahib olublar.

İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət ölkə çempionatında beynəlxalq qrossmeysterlər, idman ustaları, dünya və Avropa çempionatlarının mükafatçıları, 16, 18 və 20 yaşlılar arasında ölkə çempionları, ötənilki Azərbaycan birinciliyinin üç mükafatçısı, 2018-ci ildə birinci dəstənin iki qalibi və bu il yanvarın 1-nə əmsalı 2300-dən yuxarı olan şahmatçılar mübarizə aparırlar.

Yarış yanvarın 24-də başa çatacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}