16:39 / 28-11-2024
Sabah qar yağacaq
AFFA klubları cərimələyib, futbolçulara cəza verib - Siyahı
Tarix: 06-02-2019 13:48 | Bölmə: İdman / Xəbərlər
 AFFA klubları cərimələyib, futbolçulara cəza verib

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. İclasda Topaz Premyer Liqa klublarının iştirakı ilə, bu günə qədər baş vermiş qayda pozuntuları da müzakirə olunub.

Topaz Premyer Liqasının XV turunun “Zirə” – “Sabah” matçında “Zirə” və “Sabah” klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimələnib.

Oyunun 25-ci dəqiqəsində “Sabah”ın futbolçusu Məqsəd İsayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyunun 62-ci dəqiqəsində “Zirə”nin futbolçusu Vüqar Mustafayev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub isə 1600 manat cərimələnib.

“Zirə” və “Sabah” klubları matçın protokolunu vaxtında təqdim etmədiklərinə görə hər iki klub 800 manat cərimə olunub.

“Qəbələ” – “Sumqayıt” matçında hakimlər otağında lazımi inventarlar olmadığına görə klub 1600 manat cərimələnib.

“Qarabağ” – “Neftçi” matçının 70-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Anton Krivatsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Oyunun 90+2-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Qara Qarayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib. Oyunun 10-cu dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.

Oyundan əvvəl “Qarabağ” klubunun məşqçisi Mario Dobromirov hakimlər otağına icazəsiz daxil olduğuna görə klub 1600 manat cərimələnib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib
26-11-2024, 21:38 Ordubadda zəlzələ olub

bütün xəbərlər