“Qalatasaray” səfərdə çətin qələbə qazandı
Tarix: 11-05-2019 19:43 | Bölmə: İdman
“Qalatasaray” səfərdə çətin qələbə qazandı

Türkiyə çempionatının 32-ci turunda lider “Qalatasaray” səfərdə “Çaykur Rizespor” ilə qarşılaşıb.

Reyting.az xəbər verir ki, İstanbul təmsilçisi hesabı açsa da ikinci hissədə 2:1 hesabı ilə geriyə düşüb.

62-ci dəqiqədə “Qalatasay”ın heyətində oyuna daxi olan Emre Akbabanın ayağı qırılıb. 73-cü dəqiqədə Emreyə qarşı sərt oyununa görə, sərt meydan sahiblərinin oyunçusu Braian Samudio qırmızı vərəqə ilə meydandan qovulub.

“Qalatasaray” oyunun əsas vaxtına əlavə edilən dəqiqələrdə iki qol vurmaqla 3:2 hesabı ilə qalib gəlib. Hər iki qolu hücumçu Mbaye Diagne (birini onbirmetrlik cərimə zərbəsindən) vurub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}