07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
“Leççe” 7 il sonra Seriya A-ya qayıtdı
Tarix: 11-05-2019 21:20 | Bölmə: İdman
 “Leççe” 7 il sonra Seriya A-ya qayıtdı

“Leççe” 2019/20-ci il mövsümündə İtaliyanın Seriya A-da oynayacaq.

Reyting.az bildirir ki, bu, mayın 11-də Seriya B-nin son turunda sarı-qırmızılaların öz meydanında “Spetsiya”nı 2:1 hesabı ilə məğlub etməsindən sonra məlum olub.

“Leççe” bu qələbədən sonra turnir cədvəlində “Breşiya”dan sonra ikinci yeri tutub.

2012-ci ildə yüksək liqada mübarizəni dayandıran İtaliya klubu 7 il sonra yenidən Seiya A-ya qayıdıb.

Seriya A-ya çıxmaq uğrunda pley-off-da “Palermo”, “Benevento”, “Peskara”, “Verona”, “Spetsiya” və “Çittadella” mübarizə aparacaq.

Reyting.az






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}