07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
“Mançester Siti” 6-cı dəfə İngiltərə çempionu oldu
Tarix: 12-05-2019 19:52 | Bölmə: İdman
“Mançester Siti” 6-cı dəfə İngiltərə çempionu oldu

İngiltərə Premper-liqasında 2019/19-cu il mövsümü başa çatıb.

Reyting.az xəbər verir ki, “Mançester Siti” səfərdə “Brayton”u darmadağın (4:1) etməklə İngiltərə çempionu titulunu qazanıb.

Öz meydanında “Vulverhepton”a 2:0 hesabı ilə qalib gələn “Liverpul” 97 xalla (liderdən 1 xal geri qalmaqla) ikinci yeri tutub.

“Çelsi” üçüncü, “Tottenhem” mövsümü dördüncü sırada başa vurub.

“Arsenal” və “Mançester Yunayted” müvafiq olaraq 5 və 6-cı yerləri tutublar.

Premyer liqanı isə “Kardiff Siti”, “Fulhem” və “Hiddersfild” tərk ediblər.

38-ci turun oyunları belə nəticələnib:

“Brayton” – “Mançester Siti” – 1:4

“Tottenhem” – Everton” – 2:2

“Fulhem” – “Nyukasl” - 0:3

“Sauthempton” – “Haddersfild” – 1:1

“Uotford” – “Vest Hem” – 1:3

“Lester” – “Çelsi” – 0:0

“Liverpul” – “Vulverhepton” – 2:0

“Bernli” – “Arsenal” - 1:3

“Kristal Palas” – “Bornmut” – 5:3

“Mançester Yunayted” – “Kardif” – 0:2

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}