Konte “İnter”lə müqavilənin şərtlərini razılaşdırıb
Tarix: 13-05-2019 12:28 | Bölmə: İdman
Konte “İnter”lə müqavilənin şərtlərini razılaşdırıb

İtaliyalı mütəxəssis Antonio Konte Milianın “İnter” klubu ilə müqavilə məsələsində razılığa gəlib.

Reyting.az xarici mətbuata istinadən bildirir ki, bu haqda jurnalist Fabritsio Romano sosial şəbəkədə məlumat yayıb.

Onun yazdığına görə, ərəflər 2013-cü ilə qədər nəzərdə tutulan müqavilənin şərtlərində razılığa gəliblər. Məşqçinin və klub rəhbərliyinin tezliklə son razılaşma əldə edib, sonra bunu rəsmiləşədirəcəkləri bildirilir.

Bundan əvvəl xəbər verilirdi ki, Konte “İnter”lə 3 illik müqavilə imzalayacaq və buna görə ildə 9 milyon avro qazanacaq.

Antonio Konte “Yuventus”, “Çelsi” və İtaliya millisində baş məşqçi işləyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}