Sarri “Çelsi”dən göndərilə bilər
Tarix: 15-05-2019 15:06 | Bölmə: İdman
Sarri “Çelsi”dən göndərilə bilər

“Çelsi”nin rəhbərliyi baş məşqçi Mauritsio Sarrini, hətta əgər italiyalı mütəxəssis Avropa liqasının finalında qalib gəlsə, istefaya göndərə bilər.

Reyting.az xarici mediaya istinadla bildirir ki, məlumata görə, London klubun sahibi rusiyalı biznesmen Roman Abromoviç klubun azarkeşləri ilə çətin münasibətləri səbəbindən Sarri ilə işləmək istəməz.

İstefaya göndərilərsə, 69 yaşlı Sarri “Roma”, “Milan”, yaxud “Turinin “Yuventus” klublarından birinə baş məşqçi təyin oluna bilər.

Sarri “Çelsi”yə ötən ilin yayından başçılıq edir. İtaliyalının rəhbərliyi altında paytaxt klubu İngiltərə çempionatında üçüncü yeri tutub, İngiltərə Liqa Kubokunun finalına çıxıb.

Mayın 29-da Bakıda keçiriləcək Avropa liqasının finalında “Çelsi” Londonun digər təmsilçisi “Arsenal” ilə oynayacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}