“Minsk 2019”: iki cüdoçumuz yarımfinalına yüksəlib
Tarix: 24-06-2019 17:48 | Bölmə: İdman
 “Minsk 2019”: iki cüdoçumuz yarımfinalına yüksəlib

Bu gün “Minsk 2019”- İkinci Avropa Oyunlarının dördüncü günündə Azərbaycanın iki cüdoçusu yarımfinala keçid alıb.

Reyting.az
xəbər verir ki, qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) səkkizdəbir finalda almaniyalı Yasmin Kuelbsi, dörddəbir finalda isə britaniyalı Sara Adlinqtonu ipponla məğlub edib. O, finala vəsiqə uğrunda Belarus təmsilçisi Marina Slutskaya ilə qarşılaşacaq.

Həmçinin, 100 kiloqramdan yuxarı çəki dərəcəsində ölkəmizi təmsil edən Uşangi Kokauri dörddəbir finalda hollandiyalı Roy Meyeri məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda onun rəqibi rusiyalı İnal Tasoyev olacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}