O, futbol tarıxının ən bahalı müdafiəçisi olacaq
Tarix: 14-07-2019 21:46 | Bölmə: İdman
O, futbol tarıxının ən bahalı müdafiəçisi olacaq

Müdafiəçi Harri Maquayr yaxın zamanda “Lester”dən “Mançester Yunayted”ə keçəcək.

Reyting.az xəbər verir ki, “The Sun”un iddiasına görə, “qırmızı şeytanlar” 26 yaşlı ingiltərəli üçün 89 milyon avro ödəyəcəklər.

Futbolçunun iyulun 15-də tibbi müayindən keçəcəyi gözlənilir.

Beləliklə, Maquayr futbol tarixinin ən bahalı müdafiəçisi olacaq. Qeyd edək ki, müdafiəçi üçün ödənilən rekord transfer məbləği indiyədək “Liverpul”un oyunçusu Vircdil van deykə məxsus idi. “Liverpul” onun keçidi üçün 2018-ci ilin yanvar ayında “Sauthempton”a 84,65 milyon avro ödəmişdi.

Maquayr 2018/19-cu il mövsümündə “Lester”in heyətində 32 oyun keçirib, 3 qol vurub. O, İngiltərə millisində 20 oyun keçirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}