“Neftçi”nin idman direktoru: “Arsenal” çox çevik komandadır"
Tarix: 01-08-2019 18:00 | Bölmə: İdman
“Neftçi”nin idman direktoru: “Arsenal” çox çevik komandadır"

“Neftçi”nin idman direktoru Ceyhun Sultanov Avropa Liqasının ikinci təsnifat mərhələsində Tulanın “Arsenal” klubu ilə cavab matçından hansı nəticələr gözlədiyini açıqlayıb. Xatırladaq ki, birinci oyunda Rusiya komandası 0:1 hesabı ilə məğlubiyyətə uğrayıb.

Reyting.az
xəbər verir ki, Ceyhun Sultanov deyib: “Şübhəsiz ki, biz Tulada uğurlu nəticə əldə etdik, lakin bu, bizdə arxayınlıq hissi yaratmamalıdır. Bakıda bizi çox gərgin matç gözləyir. “Arsenal” çox çevik komandadır, onun əla hücum taktikası var. Bizi azarkeşlərimiz dəstəkləyəcək və biz də növbəti təsnifat mərhələsinə keçməyə çalışacağıq”.

“Neftçi” ilə “Arsenal” arasında cavab görüşü bu gün saat 21:00-da “Baksel Arena” stadionunda keçiriləcək. Bu qarşılaşmanın qalibi Avropa Liqasının növbəti mərhələsində İsrailin “Bney İyequda” klubu ilə görüşəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}