16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Dibala başqa komandada oynamaq istəyir
Tarix: 03-08-2019 02:07 | Bölmə: İdman
Dibala başqa komandada oynamaq istəyir

"Yuventus"un (İtaliya) argentinalı forvardı Paulo Dibala "Mançester Yunayted" klubunda (İngiltərə) çıxış etmək istəyir.

Bu barədə İtaliyanın "La Gazzetta dello Sport" nəşri yazıb.

Mənbənin məlumatına görə, 25 yaşlı futbolçu "Yuventus" rəhbərliyi ilə söhbət zamanı komandaya yeni gələn baş məşqçi Mauritsio Sarrinin rəhbərliyi altında qalıb çalışmaq istədiyini bildirib.

Bununla belə "qoca sinyora" nümayəndələri artıq "MY" və onun 26 yaşlı belçikalı forvardı Romelu Lukaku ilə onun Dibala ilə dəyişdirilməsi barədə razılıq əldə ediblər.

İngiltərə yay transfer pəncərəsi avqustun 8-də bağlanır.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}