Azərbaycan millisinin rəqibi itki ilə üzləşib
Tarix: 11-10-2019 00:56 | Bölmə: İdman
Azərbaycan millisinin rəqibi itki ilə üzləşib

Oktyabrın 13-də Azərbaycan millisi ilə qarşılaşacaq Macarıstan yığması itki ilə üzləşib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, rəqib komanda Laslo Kleynheyslerin xidmətindən məhrum olub.

Buna səbəb futbolçunun cəzalı duruma düşməsidir. O, Xorvatiya ilə (0:3) səfərdə keçirilən qarşılaşmanın 56-cı dəqiqəsində ikinci sarı üzündən qırmızı vərəqə alıb.

Bu səbəbdən də L. Kleynheysler AVRO-2020-nin seçmə mərhələsinin VIII turunun növbəti matçını buraxacaq.

Qeyd edək ki, Macarıstan – Azərbaycan matçı Budapeştdə baş tutacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}