Kubalı Azərbaycan yığmasının baş məşqçi təyin olundu
Tarix: 28-10-2019 15:49 | Bölmə: İdman
Kubalı Azərbaycan yığmasının baş məşqçi təyin olundu

Kişi boksçulardan ibarət Azərbaycan yığmasında yeni baş məşqçi təyinatı rəsmiləşib.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, milli komanda kubalı Umberto Orta Dominqezə həvalə edilib. 53 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb. O, bu postda baş məşqçi vəzifəsini icra edən Nəriman Abdullayevi əvəzləyib.

N.Abdullayev isə əvvəlki kimi, yenə böyük məşqçi funksiyasını yerinə yetirəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}