“Qarabağ” “Fənərbaxça”nın oyunçusunu heyətinə daxil etmək istəyir
Tarix: 31-01-2020 17:08 | Bölmə: İdman
“Qarabağ” “Fənərbaxça”nın oyunçusunu heyətinə daxil etmək istəyir

“Qarabağ” qış fasiləsində heyətini gücləndirmək üçün bir sıra futbolçularla danışıqları davam etdirir.

Reyting.az
Qol.az-a istinadla xəbər verir ki, hazırda intensiv danışıqların aparıldığı oyunçular arasında “Fənərbaxça”nın yarımmüdafiəçisi Alper Potuk, “Rayo Valyekano”nun gənc yarımmüdafiəçisi Coni Montiel və bir sıra başqa əcnəbi oyunçu da var. Onlardan ən azı biri ilə bu gün razılığa gəlinəcəyi gözlənilir.

Qeyd edək ki, Alper Potuk və Montiel komandalarında əsas heyətə düşməkdə çətinlik çəkirlər. Onların "Qarabağ"a icarə qaydasında keçə biləcəyi ehtimalı var.

Xatırladaq ki, Avropada “transfer pəncərəsi” bu gün bağlanacağından klub ilə müqaviləsi olan futbolçunun transferi məsələsi günün sonuna qədər həllini tapmalıdır.

Məlumata görə, qış fasiləsində Ağdam klubundan ayrılacaq bir futbolçu da müəyyənləşib. Bu, ispaniyalı Dani Kintanadır. 32 yaşlı yarımmüdafiəçinin karyerasını Çində davam etdirəcəyi gözlənilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}