17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
AFFA bu klubları cərimələdi
Tarix: 04-02-2020 13:02 | Bölmə: İdman
AFFA bu klubları cərimələdi

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Reyting.az
-ın məlumatına görə, yığıncaqda Premyer Liqanın XV turunun oyunlarında baş verənlər müzakirə olunaraq müvafiq qərarlar çıxarılıb.

“Neftçi” – “Sumqayıt” matçında sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alan Voislav Stankoviç 1 oyun cəzalanıb, meydan sahiblərini 200 manat ziyana salıb. “Sumqayıt” azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etdiyi üçün klub 800 manat cərimə olunub.

“Səbail” – “Qarabağ” qarşılaşmasında qonaqların 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.

“Qəbələ” - “Keşlə” oyununda 5 futbolçusu sarı vərəqə alan qonaqların da cəzası eyni olub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}