Avropa çempionatında iştirak edəcək Azərbaycanın qadın güləşçiləri bəlli olub - Siyahı
Tarix: 05-02-2020 16:31 | Bölmə: İdman
Avropa çempionatında iştirak edəcək Azərbaycanın qadın güləşçiləri bəlli olub

İtaliyanın paytaxtı Romada keçiriləcək güləş üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycanın qadın güləşçilərinin adları bəlli olub.

Azərbaycan Güləş Federasiyasının Mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, hazırda Türkiyənin Ədirnə şəhərində təlim-məşq toplanışını davam etdirən millinin 8 üzvü Romada mübarizə aparacaq.

Fevralın 10-da İtaliyaya yollanacaq heyətdə baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Tatyana Varansova (53 kq), Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova (59 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyeva (76 kq) yer alacaq.

Qeyd edək ki, eyni heyət ötən il Rumıniyanın paytaxtı Buxarestdə keçirilən analoji yarışda da çıxış edib. Həmin Avropa çempionatında Manolova qızıl, Kolesnik, Qəmbərova və Omelçenko bürünc medal qazanıb və yığma komanda hesabında 4-cü yeri tutub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}