09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
“Qarabağ”ın mövqeyinə real təhlükə yaranıb
Tarix: 28-02-2020 12:33 | Bölmə: İdman
“Qarabağ”ın mövqeyinə real təhlükə yaranıb

Klubların UEFA reytinqi açıqlanıb.

Reyting.az
-ın məlumatına görə, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları və Avropa Liqasının 1/16 final matçları cədvəldə bəzi dəyişikliklərə səbəb olub.

Azərbaycanın siyahıdakı ən yaxşı təmsilçisi “Qarabağ”ın mövqeyi dəyişməz qalıb. Ağdam təmsilçisi 21,000 xalla Avropanın 71-cisi adına şərikdir. Ölkə çempionumuzla Yunanıstan PAOK-u eyni göstəriciyə malikdir.

Lakin hər iki komandanın mövqeyi üçün real təhlükə yaranıb. Avropa Liqasında 1/16 final səddini adlayan Türkiyə təmsilçisi “Başakşəhər” xal hesabını 19,500-ə yüksəldib. Hazırda 80-ci olan İstanbul klubu bir qələbə qazansa, “Qarabağ”ı arxada qoyacaq. Düzdür, aşağı sıralardakı digər komandalar da irəliləmək imkanına malikdir. Lakin bunun üçün onlar 1/8 final səddini də keçməlidir.

Azərbaycanın digər təmsilçilərindən “Qəbələ” 7,500 xalla 148-ci yerə şərikdir. “Neftçi”, “Səbail”, “Zirə”, “Keşlə” və “Kəpəz” 3,750 xala malikdir və 274-cü yeri bölüşürlər.

Qeyd edək ki, cədvələ İspaniya klubları “Real” (134,000), “Barselona” (124,000), “Atletiko” və Almaniya “Bavariya”sı (hər ikisi 123,000) başçılıq edir.(ApaSport)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər