07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Şahmatçı FIDE-ni bütün yarışları ləğv etməyə çağırıb
Tarix: 06-03-2020 14:48 | Bölmə: İdman
Şahmatçı FIDE-ni bütün yarışları ləğv etməyə çağırıb

Çinli şahmatçı Van Hao bütün rəsmi yarışların təxirə salınmasını istəyir.

Bu barədə 31 yaşlı qrossmeyster özünün "Facebook" səhifəsində məlumat paylaşıb.

O, koronavirus epidemiyasına görə Beynəlxalq Şahmat Federasiyasını (FIDE) bütün turnirləri ləğv etməyə çağırıb: "Hesab edirəm ki, FIDE elə indi bütün rəsmi yarışları ləğv etməlidir. Bu baş verməsə, beynəlxalq federasiyanın koronavirusun gözlənilməz nəticələri ilə mübarizə planına sahib olduğuna əmin deyiləm".

Qeyd edək ki, İddiaçılar Turnirinin iştirakçılarından olan Van Hao həmyerlisi Dinq Lirendən fərqli, hələ də yarışın təşkil olunacağı Rusiyanın Yekaterinburq şəhərinə yollanmayıb. Onun bir neçə gündən sonra Yaponiyadan sözügedən ölkəyə yola düşəcəyi bildirilib.

Xatırladaq ki, azərbaycanlı şahmatçı Teymur Rəcəbov koronavirus epidemiyasına görə İddiaçılar Turnirində iştirakdan imtina edib. Onu fransalı Maksim Vaşye-Laqrav əvəzləyib. Martın 15-dən aprelin 5-dək keçirilməsi nəzərdə tutulan turnirin qalibi norveçli dünya çempionu Maqnus Karlsenlə şahmat tacı uğrunda mübarizə aparacaq/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}