Telekanallar Fransa çempionatına pul ödənişini dayandırıb
Tarix: 02-04-2020 11:10 | Bölmə: İdman
Telekanallar Fransa çempionatına pul ödənişini dayandırıb

Fransa çempionatının əsas yayımçıları "BeINSports" və "Canal+" koronavirus pandemiyasına görə Liqa 1 və Liqa 2-yə pul ödənişlərini dayandırıb.

Bu barədə Britaniyanın "Daily Mail" nəşri xəbər yayıb.

İddia olunur ki, hər iki telekanal futbol turnirlərinin məcburi fasiləsi səbəbindən yaranmış maliyyə böhranını yumşaltmaq üçün bu addımı atıb.

Bu prosesin çempionatlar bərpa olunana qədər davam edəcəyi bildirilib/Report.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər